Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Məzun-2011” buraxılış gecəsi keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Məzun-2011” buraxılış gecəsi keçirilib
# 30 iyun 2011 15:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bu gün Bakıda Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Məzun-2011” buraxılış gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Nailə Rzaquliyeva Bakının orta məktəblərində təhsilin səviyyəsindən danışıb. O, bildirib ki, son 4 ildə bu sahədə ciddi uğurlar əldə olunub: “2006-cı ildə Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrin 35 faizi Bakı məktəblərinin payına düşürdüsə, 2010-cu ildə bu rəqəm 45 faiz olub. 2006-cı ildə məzunların qəbul imtahanlarında topladıqları orta bal 232 olub, 2010-cu ildə isə bu rəqəm 264-ə yüksəlib”.

N. Rzaquliyevanın sözlərinə görə, 2010-cu ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə, Bakının orta məktəblərinin 2 məzunu 700, 15 məzunu 600, 4 məzunu isə 500-dən yuxarı bal toplayıb.

BŞTİ-nin müdiri onu da qeyd edib ki, builki tədris ilinin nəticələrinə əsasən Bakının orta məktəblərindən 22-si “İlin ən yaxşı məktəbi”, 49 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri olub.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubu oxunub. Tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR