Bank Of Baku

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilə bilər

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilə bilər
# 01 iyul 2011 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq. Çünki Azərbaycanın “Təhsil haqqında” qanunda güzəşt sözü yoxdur”. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, medal vermə mexanizmi, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə, məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə, TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək: “Bu zaman təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq. Artıq bu istiqamətdə iş aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR