Bank Of Baku

“Kənd icmalarında fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması” layihəsinin yekunları ilə bağlı dəyirmi masa keçirilib

“Kənd icmalarında fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması” layihəsinin yekunları ilə bağlı dəyirmi masa keçirilib
# 01 iyul 2011 09:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Oksfam” təşkilatının “Kənd icmalarında fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması” layihəsinin yekunları ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə deyib ki, Avropa Humanitar Yardım və Sivil Müdafiə Komissiyası tərəfindən maliyyələşdirilən layihə Şamaxı-İsmayıllı, Salyan-Neftçala rayonlarının ümumilikdə 15 kəndində 15 ay ərzində həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi ilə əlaqədar olaraq əhali üçün bir çox təhlükələr, o cümlədən zəlzələ, daşqın, sürüşmə riskləri mövcuddur.

Təşkilatın əməkdaşı Faiq Tahirli, qurumun Cənubi Qafqaz üzrə Humanitar Proqram koordinatoru Julie Canbell, “Fövqəl” Assosiasiyasının rəhbəri, professor Həbib Ocaqov layihənin məqsədi, əldə olunan nailiyyətlər və problemlərlə bağlı çıxış ediblər, o cümlədən bu istiqamət üzrə aparılan sorğunun nəticələri açıqlanıb.

Sonra tədbirdə əlaqədar aidiyyatı dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb. Həmçinin, problemlərin aradan qaldırılması ilə əlaqədar müəyyən təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR