Bank Of Baku

Bu il Azərbaycanda ali məktəblərin III ixtisas qrupuna imtahan verəcək ən yaşlı abituriyentin 72 yaşı var

Bu il Azərbaycanda ali məktəblərin III ixtisas qrupuna imtahan verəcək ən yaşlı abituriyentin 72 yaşı var
# 01 iyul 2011 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan Azərbaycanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada baş tutacaq. Orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunacaq. İmtahanın gedişini 52 KİV nümayəndəsi də izləyəcək.

M. Abbaszadə deyib ki, 2011-ci ildə III qrup üzrə 32 869 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 29 529 nəfəri Azərbaycan, 3 min 340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9 270 nəfərini oğlanlar, 23 599 nəfərini isə qızlar təşkil edir. 17 538 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13 158 nəfər isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır, 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu il, ən gənc abituriyent isə 1996-cı il təvəllüdlüdür.
Komissiya sədri deyib ki, Bakıda 23 326, Naxçıvanda 1991, Gəncədə 3791, Sumqayıtda 3761 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq. III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsi ilə öyrənə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR