Bank Of Baku

Qaxda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib

Qaxda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlim keçirilib
# 01 iyul 2011 09:44 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hazırlıq planına uyğun olaraq bu gün Qax rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. FHN-in Mülki müdafiə işinin təşkili Baş İdarəsinin Mingəçevir regional fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən təşkil edilən təlimə Qax rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, təşkilat və idarə rəhbərləri, həmçinin şimal-qərb bölgəsinə daxil olan Balakən, Şəki və Zaqatala rayon mülki müdafiə qərargahlarının əməkdaşları cəlb edilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olan cinayətkar qrupu zərərsizləşdirərək baş verən yanğınları söndürüblər. Daha sonra kimyəvi zəhərlənmə zonasını lokallaşdıran mülki müdafiə qüvvələri axtarış-xilasetmə tədbirləri həyata keçirib. Təlim zamanı zərərçəkənlərə ilk həkim yardımı göstərilib, adamların təhlükəsiz ərazilərə təxliyəsi işləri ilə bağlı tapşırıqlar təlimata uyğun yerinə yetirilib. Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının yüksəldilməsinə, praktiki tədbirlərin yerinə yetirilməsinə, eləcə də mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkar səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR