Bank Of Baku

Ali məktəblərin III ixtisas qrupuna sənəd verən 612 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək

Ali məktəblərin III ixtisas qrupuna sənəd verən 612 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək
# 01 iyul 2011 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, buna səbəb həmin məzunların Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşmiş buraxılış imtahanlarında müvəffəq qiymət və attestat ala bilməməsidir. Buna görə də həmin abituriyentlərə “İmtahana buraxılış vərəqələri” verilməyəcək. M. Abbaszadə nazirliyinin TQDK-ya təqdim etdiyi attestat bazasında 2000 şəxsin adının attestat almayan kimi qeyd edildiyini deyib.

TQDK sədri, həmçinin iyulun 3-də keçiriləcək III ixtisas qrupunun imtahanlarında iştirak edəcək abituriyentlərin “İmtahana buraxılış vərəqələri”ni çap etməkdə yenə də gecikdiklərini deyib: “Bu il III qrupun imtahanı ilk dəfə olaraq Gəncə şəhərində də keçiriləcək. Əgər Yevlaxda yaşayan abituriyent imtahan vermək üçün Bakıya gəlirsə və iyulun 3-də səhər imtahan verəcəyi binanın Gəncədə yerləşdiyini öyrənirsə, təbii ki, o imtahanda iştirak üçün həmin vaxt orda ola bilməyəcək. Belə abituriyentlə və valideynləri nə fikirləşirlər, kimə ümidlüdürlər?”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR