Bank Of Baku

Magistraturaya qəbul imtahanlarının nəticələrinin açıqlanması ilə bağlı yenilik tətbiq olunub

Magistraturaya qəbul imtahanlarının nəticələrinin açıqlanması ilə bağlı yenilik tətbiq olunub
# 01 iyul 2011 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il magistraturaya qəbul imtahanlarının nəticələrinin açıqlanması ilə bağlı yenilik tətbiq edib. İlk dəfə olaraq yazılı imtahan verən bakalavrlar istisna olmaqla, digər bakalavrlar “Cavab kartları”nın qrafik təsvirini görə biliblər. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, yeni texnoloji dövrənin proqram təminatı TQDK tərəfindən hazırlanıb. Yeni proqram təminatı imtahanların şəffaflığının daha bir göstəricisi olmaqla yanaşı, qəbul imtahanının nəticəsindən narazı qalan bakalavrlara öz cavabları ilə tanış olmaq imkanı yaradacaq: “Çox zaman bakalavrlar bizə müraciət edirlər ki, onlar “Cavab kartları”na baxmaq istəyirlər. Elə hallar da olur ki, abituriyentlər yazdıqlarını imtahan nəticəsində görmədiklərini iddia edirlər. Ona görə də biz bu ildən yeni texnoloji dövrəni tətbiq edirik. “Cavab kartları”nın real görüntüsü hər bir bakalavr üçün göstərilir”.

M. Abbaszadə deyib ki, gələn ildən magistraturaya yazılı imtahan verən bakalavrların “Cavab kartları” da bu formada təqdim olunacaq: “Gələn ildən bakalavriat pilləsinə imtahan verən abituriyentlərin nəticələrini də belə təqdim etmək istəyirik. Amma bu, təkcə bizdən asılı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR