Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə olunacaq

Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə olunacaq
# 01 iyul 2011 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən DMX-nin xəzinə hesabına toplanmış xüsusi vəsaitdən miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə olunmalıdır. Xüsusi vəsait miqrasiya orqanları işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödəniləcək. Aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş təminat xərcliyinə daxil edilmir.

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir. Əlavənin hesablanması üçün miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi həmin ayda miqrasiya orqanları işçilərinin faktiki sayına bölünməlidir. Əlavə gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR