Bank Of Baku

Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçirilir

Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçirilir
# 01 iyul 2011 13:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi işə başlayıb. APA-nın məlumatına görə, tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutudur. Konqresdə 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan riyaziyyatçı alimlər iştirak edir. İyulun 3-dək davam edəcək konqresə xarici ölkələrdən 300-dək iştirakçı qatılıb.

Konqresin açılışında iştirak edən təhsil naziri Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin 1999-cu ildə Türkiyənin Elazığ şəhərində əsası qoyulmuş beynəlxalq təşkilat olduğunu bildirib. Onun sözlərinə görə, qurumun əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR