Bank Of Baku

Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyulun 5-də başlayacaq - YENİLƏNİB

Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyulun 5-də başlayacaq - <font color=red>YENİLƏNİB</font>
# 01 iyul 2011 14:03 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul planını artıq TQDK-ya təqdim edib. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurub, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, TQDK-nın təsdiq etdiyi plana uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulun iyunun 28-dən avqustun 10-dək aparılmalı idi. Lakin NK orta ixtisas təhsili müəssisələrinə qəbul planını təqdim etmədiyindən TQDK ərizə qəbulunu başlamağı təxirə salmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR