Bank Of Baku

Azərbaycanda satışda olan kolbasa məhsullarının monitorinqi aparılacaq

Azərbaycanda satışda olan kolbasa məhsullarının monitorinqi aparılacaq
# 01 iyul 2011 14:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gələn həftədən bazarlarda və mağazalarda satışa çıxarılan kolbasa məhsullarının monitorinqinə başlayacaq. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq: “Bu yoxlamalar ildə iki dəfədən az olmayaraq aparılır. Analizlərin aparılması üçün yerli və xaricdən gətirilən kolbasalardan nümunələr götürüləcək”.

Şöbə müdirinin sözlərinə görə, yay aylarında bu məhsulların təhlükə riski daha da artır: “Kolbasa tez xarab olan ət məhsuludur və vaxtı keçmiş məhsulların satışa çıxarılması əhalinin sağlamlığı baxımından çox təhlükəlidir”.

Qeyd edək ki, hazırda ölkədə satılan kolbasa məmulatlarının 70 faizi yerli istehsalın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR