Bank Of Baku

TQDK sədri Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb

TQDK sədri Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb
# 01 iyul 2011 15:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Azərbaycanda fəaliyyət müddəti başa çatmaqda olan Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlunu qəbul edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərdiyini yada salan H. Koyuncuoğlu işlədiyi dövr ərzində TQDK ilə sıx əməkdaşlıq etdiyini, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı əlaqələrin faydalı olduğunu diqqətə çatdırıb.
M. Abbaszadə bu illər ərzində TQDK ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. M. Abbaszadə bildirib ki, Azərbaycan-Türkiyə əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi sevindirici haldır. O, H. Koyuncuoğlunun fəaliyyəti dövründə bu istiqamətdə ciddi işlər aparıldığını qeyd edib. M. Abbaszadə TQDK adından qonağa xatirə hədiyyəsi təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR