Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası turizm mövzusunda elan edilmiş müsabiqənin büdcəsini artırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası turizm mövzusunda elan edilmiş müsabiqənin büdcəsini artırıb
# 01 iyul 2011 15:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən şura sədri Azay Quliyev mayın 16-da turizm mövzusunda elan edilmiş müsabiqənin yekunları haqda danışıb. O bildirib ki, müsabiqə çərçivəsində şuraya 55 QHT-dən layihə təklifi daxil olub. Ondan 28-nin maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Müsabiqənin ilkin fondu 80 min manat təşkil etsə də, şura mövzunun və layihələrin aktuallığını nəzərə alaraq bu məbləğə daha 30 min manat əlavə edib.

İclasda Şura 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edib. Daha sonra şuranın 2011-ci ilin II rübündəki fəaliyyəti haqqında hesabat dinlənilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda şuranın üzərinə düşən vəzifələr - QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərə dövlət büdcəsindən subsidiyanın ayrılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərinin inkişaf etdirilməsi barədə məsələ müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR