Bank Of Baku

Şamaxı rayon icra başçısının müavini: “Rayonda turistlərə kənd məişət həyatını nümayiş etdirmək üçün abidələr qoyulub” - AÇIQLAMA

Şamaxı rayon icra başçısının müavini: “Rayonda turistlərə kənd məişət həyatını nümayiş etdirmək üçün abidələr qoyulub” - <font color=red>AÇIQLAMA</font>
# 01 iyul 2011 16:03 (UTC +04:00)
Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əşrəf Şükürov APA-nın Şirvan bürosuna bildirib ki, “Turizm ili”ndə rayonda bir sıra tədbirlər görülür. “Hazırda iki yeni otel inşa edilir, turizm marşrutuna daxil edilən “Gülüstan” qalası təmir olunur və ərazidə arxeoloji qazıntılar aparılır. Yaxın vaxtlarda orada açıq səma altında muzey yaradılacaq. Həmçinin, rayonun turizm marşrutuna daxil edilən palçıq vulkanlarına gedən yolu da təmir olunur. Turistlərin rayona cəlb edilməsi üçün dağlarda kanat yolun çəkilişi nəzərdə tutulur”.

Əşrəf Şükürov “Turizm ili” ilə bağlı hazırlanan tədbirlər planına uyğun olaraq, Şamaxı kəndlərinin keçmişi və bugünkü məişətinin, adət-ənənələrinin nümayiş etdirilməsi üçün abidələr kompleksi yaradıldığını deyib: “Bakı-Şamaxı avtomobil yolunun kənarındakı boş torpaq sahəsi abadlaşdırılıb, ərazidə yaşıllıq zolağı salınıb, ağaclar əkilib. Kənd məişət həyatının canlandırılması üçün nehrə, saxsı su qabları, kənd alətləri, tarix-diyarşünaslıq muzeyinin qədim kənd həyatı ilə bağlı bəzi eksponatları həmin yaşıllıq əraziyə qoyularaq nümayiş etdirilir. Həmçinin, əraziyə simvolik olaraq kəndli və araba, at, dağ keçisi və uzunqulaq heykəlləri də qoyulub. Tarixi keçmişimizin bu nümunələri yerli sənətkarlar tərəfindən hazırlanıb. Turizm mövsümü ilə əlaqədar Şamaxıya gələn və başqa yerlərə gedən qonaqlar həmin ərazidə dayanaraq, bu gözəl mənzərəyə baxır və xatirə şəkli çəkdirirlər”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Şamaxı rayonunun giriş hissəsində qoyulmuş, uzunqulaq heykəlinin də daxil olduğu kompozisiyanın yerli sakinlərin narazılığına səbəb olması barədə məlumatlar yayılıb. APA-nın yerli bürosunun yerli sakinlər arasında keçirdiyi sorğu zamanı belə kompozisiyanın məhz şəhərin girişində qoyulmasından narazılıq ifadə edildiyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR