Bank Of Baku

Kənd təsərrüfatı sahəsində ixtisaslaşan Peşə Təhsil Mərkəzi yaradılacaq

Kənd təsərrüfatı sahəsində ixtisaslaşan Peşə Təhsil Mərkəzi yaradılacaq
# 02 iyul 2011 10:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Almaniya hökumətinin nümayəndələri “Azərbaycanda Kənd Təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə Azərbaycana səfər edib. Bu haqda APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. N. Məmmədovun sözlərinə görə, səfərdə məqsəd layihənin həyata keçirməsinə hazırlıqla bağlı son tamamlama işlərinin aparılmasıdır: “Almaniya hökuməti bununla bağlı Avropa İttifaqının «Tvinninq layihəsi“nin qalibidir. Layihə artıq Avropa İttifaqı tərəfindən bəyənilib. İyulun 15-dək bununla bağlı müqavilənin imzalanacağı gözlənilir”. Şöbə müdirinin sözlərinə görə, layihəyə start veriləndən sonra Azərbaycanda nümunəvi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı məkanın seçiminə başlanılacaq. “Biz də öz təkliflərimizi verəcəyik. Çox güman ki, bu mərkəz bölgələrin birində və ya Abşeronda yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR