Bank Of Baku

Oğuz rayonunda e. ə. II minilliyə aid çəkmə və döyüş yabası aşkar olunub

Oğuz rayonunda e. ə. II minilliyə aid çəkmə və döyüş yabası aşkar olunub
# 04 iyul 2011 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Oğuz rayonunun Kərimli kəndində yerləşən Hökmdar məzarlığı və Qazıyeri deyilən ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində 3 saylı kurqanda e. ə. II minilliyə - orta tunc dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkar olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat verib. O bildirib ki, tapılan maddi-mədəniyyət nümunələri saxsı gildən olan monoxrom boyalı çəkmələr və iki dişli döyüş yabasıdır. Üst qatdan başlayaraq dəfn çalasının axırına qədər izlənilən tonqal yerləri burada zəngin dəfn adətinin olduğunu göstərir.

N. Muxtarov deyib ki, aparılan arxeoloji axtarışlar kurqanın dəfələrlə talandığı və yandırıldığı qənaətinə gəlməyə əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR