Bank Of Baku

Nailə Rzaquliyeva: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəblər geyimlərin hansı firmadan alınmasına müdaxilə etmir”

Nailə Rzaquliyeva: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəblər geyimlərin hansı firmadan alınmasına müdaxilə etmir”
# 04 iyul 2011 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, müxtəlif eskizlər içərisindən ibtidai və yuxarı siniflər üçün iki geyim forması seçilib. Yaş səviyyəsinə uyğun olaraq valideynlər uşaqlarına bu formaları ala bilərlər: “Vahid məktəbli forması ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilib, dəstək qazanıb. Bu məsələni tam həll edilmiş hesab etmək olar”.

N. Rzaquliyeva bildirib ki, vahid məktəbli forması ideyası ilk dəfə 2007-2008-ci dərs ilində BŞTİ tərəfindən irəli sürülüb və Təhsil Nazirliyi tərəfindən dəstəklənib: “O zaman hər məktəb valideynlərlə birlikdə formanı özü müəyyənləşdirirdi. Lakin tədricən proses təkmilləşmə tələb etdiyindən bütün məktəblərin eyni formaya keçilməsi qərara alındı. Çünki hər məktəbin bir forma tətbiq etməsi şagirdlərin yerdəyişməsi zamanı ciddi problem və narazılıqlara səbəb olurdu. Keçən dərs ilindən bütün ümumtəhsil məktəblərində vahid formanın tətbiqinə başlanıldı. İlkin mərhələ kimi I-IV siniflər vahid formaya keçdi. Yeni dərs ilində isə bütün siniflərdə vahid forma tətbiq olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR