Bank Of Baku

Bakının 60 ümumtəhsil məktəbinin ibtidai sinif müəllimlərinə 240 abunə kartı verilib

Bakının 60 ümumtəhsil məktəbinin ibtidai sinif müəllimlərinə 240 abunə kartı verilib
# 04 iyul 2011 11:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı şəhərinin internet şəbəkəsinə qoşulmuş ümumtəhsil məktəblərinə www.oxuyuruq.biz saytında dörd fənn, “Azərbaycan dili”, “İnformatika”, “Riyaziyyat”, “Həyat bilgisi” fənləri üzrə innovativ elektron tədris resurslarından istifadə imkanı yaradılıb. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib ki, bu məqsədlə Təhsil Nazirliyindən BŞTİ-yə göndərilmiş 240 abunə kartı paytaxtın 60 ümumtəhsil məktəbinin ibtidai sinif müəllimlərinə verilib: “Yeni tədris ilindən kart əldə etmiş müəllimlərlə treninqlərin keçirilməsi planlaşdırılır”.
N. Rzaquliyeva bu il fənn olimpiadalarının respublika turunda Bakı üzrə qalib gəlmiş şagirdlərin sayını da açıqlayıb. O, bildirib ki, bu şagirdlərin sayı 2006-cı ildə 48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu ildə 105, 2010-cu ildə 106, 2011-ci ildə isə 108 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR