Bank Of Baku

Azərbaycan çaylarında sululuq azalıb

Azərbaycan çaylarında sululuq azalıb
# 04 iyul 2011 11:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə, iyul ayının əvvəllərində çaylarda sululuğun bir qədər azalması müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-250, Kiçik Qafqaz çaylarında 65-105, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 285 kub metr/saniyə, yəni ongünlük normanın 95 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 115 kub metr saniyə, yəni ongünlük normanın 79 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 471 santimetr, Şirvanda 367, Salyanda 375, Bankədə 279 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə 215 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR