Bank Of Baku

Azərbaycan paytaxtında güclü küləklə əlaqədar atmosferdə tozun miqdarı artıb

Azərbaycan paytaxtında güclü küləklə əlaqədar atmosferdə tozun miqdarı artıb
# 04 iyul 2011 12:36 (UTC +04:00)
Bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib. M.Avazova qeyd edib ki, departamentin aparılan son monitorinqin nəticələrinə əsasən, bu gün paytaxt atmosferində tozun miqdarı yol verilən 0,5 milliqram/kub.metr qatılıq həddindən bir qədər çox, 1,8-2,3 milliqram/kub.metr, Sumqayıtda isə 1,0-1,5 milliqram/kub.metr olub: “Bunun əsas səbəblərindən biri güclü küləklərdir. Külək yer səthində olan fiziki toz hissəciklərini havaya qaldırır və ətrafda tozun miqdarı artır”.

Qeyd edək kİ. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu küləyin iyulun 5-də yenidən güclənəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR