Bank Of Baku

Salyan və Sabirabad rayonunun bir sıra əraziləri çəyirtkə hücumuna məruz qalıb

Salyan və Sabirabad rayonunun bir sıra əraziləri çəyirtkə hücumuna məruz qalıb
# 04 iyul 2011 14:20 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı – APA. Salyan və Sabirabad rayonlarının bəzi əraziləri çəyirtkə hücumuna məruz qalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna yerli sakinlər məlumat verib. Onların bildirdiyinə görə, son 2-3 gün ərzində fərdi həyətyanı, bostan və bağların ərazilərində çəyirtkə sürüləri müşahidə olunur. Avtomobillərin hərəkəti zamanı da saysız-hesabsız çəyirtkələr şüşələrə çırpılır. Məsələ ilə əlaqədar açıqlama verən Sabirabad və Salyan rayonlarının icra hakimiyyətləri aqrar şöbələrinin mütəxəssisləri bildiriblər ki, onlar yerli çəyirtkələrdir. Bu növ çəyirtkələrin çənələri zəif olduğundan əvvəlki illərdə hücum edən “Mərakeş çəyirtkələrindən” fərqli olaraq, bu çəyirtkələr taxıl zəmilərinə ziyan vurmurlar. Yerli çəyirtkələr ağacların yaşıl yarpaqları və yaşıl otlarla qidalanırlar. Qeyd edilir ki, Salyan rayonu ərazisində Arxa Xalac kəndində çəyirtkələrin çoxalması müşahidə olunur. Bununla əlaqədar tədbirlərin görüldüyü açıqlanıb. Sabirabad ərazisində də müxtəlif kəndlərdə yerli çəyirtkə sürüləri görünüb. Rayonun yalnız Moranlı kəndində az miqdarda “Mərakeş çəyirtkələri” müşahidə olunub, onlar tez bir zamanda məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR