Bank Of Baku

Ağstafa rayonunun Ceyrançöl adlanan ərazisində e. ə. II minilliyə aid kurqanlar aşkar olunub

Ağstafa rayonunun Ceyrançöl adlanan ərazisində e. ə. II minilliyə aid kurqanlar aşkar olunub
# 04 iyul 2011 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ağstafa rayonunun Ceyrançöl adlanan ərazisində e.ə. II minilliyə - tunc dövrünün sonlarına aid kurqanlar aşkar olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, tapılan kurqanlar otlaq ərazidə yerləşdiyindən və hazırda ot mövsümü olduğundan onların dəqiq sayını bilmək mümkün deyil. Hələlik institutun əməkdaşları yalnız bir kurqanda arxeoloji qazıntı aparıblar. N. Müseyibli deyib ki, Ceyrançöl ərazisində daş dövrünə aid alətlər də aşkarlanıb. Bu da həmin ərazidə hələ daş dövründən yaşayış olduğunu sübut edir. Ağstafa rayonu ərazisində neolit və erkən tunc dövrlərinə aid qəbirlər də aşkar olunub. Bu qəbirlərdən tunc dövrünə aid saxsı qablar, tunc, metal mənşəli məmulatlar, qızıldan və metaldan bəzək daşları aşkar olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR