Bank Of Baku

Bu il Azərbaycanın 40-a yaxın bölgəsində arxeoloji qazıntılar aparılacaq

Bu il Azərbaycanın 40-a yaxın bölgəsində arxeoloji qazıntılar aparılacaq
# 04 iyul 2011 14:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ölkənin müxtəlif ərazilərində genişmiqyaslı arxeoloji qazıntılara start verib. Bu barədə APA-ya institutun direktor müavini Nəcəf Müseyibli məlumat verib. Artıq Ağstafa, Tovuz, Qəbələ, Şəmkir və Naxçıvanda arxeoloji qazıntılar başlayıb. Yaxın günlərdə isə Şamaxıda, Lerikdə, Qəbələdə, Qarabağın Azərbaycanın nəzarətində olan ərazilərində arxeoloji qazıntılara başlanacaq.

Ümumilikdə bu il Azərbaycanın 40-a yaxın bölgəsində arxeoloji qazıntılar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR