Bank Of Baku

Azərbaycan Milli Aviasiya Akademiyası və Türkiyənin Anadolu Universiteti arasında kadr hazırlığına dair protokol imzalanıb

Azərbaycan Milli Aviasiya Akademiyası  və Türkiyənin Anadolu Universiteti arasında kadr hazırlığına dair protokol imzalanıb
# 04 iyul 2011 15:39 (UTC +04:00)
APA-nın məlumatına görə, sənədi bu gün Bakıda AMAA-nın rektoru, professor Arif Paşayev və Anadolu Universitetinin rektoru professor Davut Aydın imzalayıb.

Protokola əsasən, Anadolu Universiteti və AMAA arasında təcrübə mübadilələrinin aparılması və bu məqsədlə tələbə və müəllimlərin bu və digər ölkədə təcrübə keçmələri, müştərək tədris proqramlarının hazırlanması və inkişaf etdirilməsi sahəsində işlər aparılacaq.

Protokol aviasiya sahəsində birgə araşdırma layihələri, tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması, havaçılıq və kosmik tibb, həmçinin laboratoriya və simulyator imkanlarının qarşılıqlı istifadəsi və ortaq dərs vəsaitlərinin hazırlanmasını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR