Bank Of Baku

Azərbaycan prezidenti Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
# 04 iyul 2011 15:49 (UTC +04:00)
Bakı – APA. İyulun 4-də Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi keçirilib. “APA-Economics”-in məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı Bakı Sağlamlıq Mərkəzinin eskiz layihəsinə və görünüşünü əks etdirən fotoşəkillərə baxıb.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, Bakı Sağlamlıq Mərkəzi prezident İ. Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı ilə yaradılır. Hazırda Azadlıq prospektində, əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir çoxprofilli Mərkəzin tikintisinə başlanıb.

Mərkəz ümumi sahəsi 45 min kvadratmetr olan 6 və 12 mərtəbəli 2 korpusdan, həmçinin inzibati binadan ibarətdir. İnşaat işləri ilə 150-200-ə yaxın fəhlə məşğul olacaq.

Müasir tibb avadanlığının quraşdırılacağı Bakı Sağlamlıq Mərkəzi 500 çarpayılıq olmaqla, strukturunda cərrahiyyə, doğum, ginekologiya, endokrinologiya, nevrologiya, burun-qulaq-boğaz, terapiya, reanimasiya, tibbi bərpa, fizioterapiya və diaqnostika şöbələri fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev gilizi təmələ buraxıb və beton qarışığı töküb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR