Bank Of Baku

“Su hövzələrindən istifadə edərkən təhlükəsizlik qaydalarına hamı riayət etməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTOSESSİYA

“Su hövzələrindən istifadə edərkən təhlükəsizlik qaydalarına hamı riayət etməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2011 08:53 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Lənkəran xilasetmə məntəqəsində “Su hövzələrindən istifadə edərkən təhlükəsizlik qaydalarına hamı riayət etməlidir” mövzusunda maarifləndirici tədbir keçirib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzinin, Lənkəran Şəhər İcra Hakimiyyəti və bələdiyyəsinin, Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, DSXX-nin Lənkəran xilasetmə məntəqəsi və Cənub dalğıc-axtarış qrupunun, dənizkənarı ictimai-iaşə obyektlərinin, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə DSXX-nin Lənkəran xilasetmə məntəqəsinin rəisi İlkin Ağayev çıxış edərək xidmətin əməkdaşları tərəfindən cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradıldığını, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində müvafiq təhlükəsizlik tədbirlərinin görüldüyünü, ilin bütün fəsillərində insanların təhlükəsizliyini qorumağa və həmçinin payız-qış aylarında balıqçıların qayıqla açıq dənizdə balıq ovlaması zamanı qarşılaşdıqları təhlükəni bilavasitə aradan qaldırmağa və onların dərhal xilas edilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

Sonra Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov, Cənub Regional Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov çıxış ediblər.

Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzusunda hazırlanmış kitabçalar təbdir iştirakçılarına paylanılıb, xilasetmə alət və avadanlıqlar əyani şəkildə göstərilib və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR