Bank Of Baku

İyunda Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 734 müraciət daxil olub

İyunda Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 734 müraciət daxil olub
# 05 iyul 2011 09:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İyunda Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 734 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli, 83-ü isə cari problemlərlə bağlı olub. Şikayətlərdən 37-si aidiyyəti üzrə olmayıb.

Nazirlikdən bildirilib ki, “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır: “Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR