Bank Of Baku

Dondurma, təbii şirə, spirtli və spirtsiz içkilərin analizlərinin nəticələri açıqlanıb

Dondurma, təbii şirə, spirtli və spirtsiz içkilərin analizlərinin nəticələri açıqlanıb
# 05 iyul 2011 10:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda satış mərkəzlərindən götürülən dondurma, təbii şirə, spirtli və spirtsiz içkilərin nümunələrinin laborator analizlərinin nəticələri açıqlanıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, bütün nəticələr müsbətdir: ”İyun ayında 52 dondurma, 98 spirtsiz içki, 70 spirtli içki, 24 təbii şirə nümunəsi götürülüb və analiz edilib, heç birində qeyri-kafi nəticələr aşkarlanmayıb. Ümumiyyətlə, builki nəticələr yaxşıdır”.

İ. Abdullayevin sözlərinə görə, monitorinqlər il ərzində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR