Bank Of Baku

Rumıniyada nəşr olunan “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzulu növbəti sayı çapdan çıxıb - FOTO

Rumıniyada nəşr olunan “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzulu növbəti sayı çapdan çıxıb   - FOTO
# 05 iyul 2011 13:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Rumıniyada çap olunan nüfuzlu “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzulu növbəti sayı çapdan çıxıb. Azərbaycanın Rumınıyadakı səfirliyindən APA-ya verilən məlumata görə, “Ion Conea” Geopolitika Cəmiyyətinin, səfirliyin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr olunmuş 246 səhifəlik toplu müstəsna olaraq ölkəmizlə əlaqədar ingilis və rumın dillərində məqalə və araşdırmalardan ibarətdir.
Toplu redaksiyasının katibi Marius Vakarelunun “Qafqaz və onun siyasi məkanı. Qısa giriş” adlı məqaləsi ilə açılan nəşrdəki tədqiqatlar “Geosiyasət”, “Geostrategiya”, “Geoiqtisadiyyat”, “Geotarix” və “Universitas” bölmələri üzrə qruplaşdırılıb. Nəşrdə səfir Eldar Həsənovun “Geopolitica” toplusuna müsahibəsi və Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İ.Hacıyevin müəllifi olduğu Fond haqqında təqdimat çap olunub. “Geosiyasət” bölməsində Vasile Nazarenin “Azərbaycan və Avrasiya uğrunda yarış”, professor Riçard Russonun “Azərbaycan xarici siyasətində Avroatlantik alyansa doğru hərəkət”, Yonuts Konstantinin “Xəzər-Qara dəniz məkanı çərçivəsində Azərbaycanın lider roluna dair fikirlər”, Gündüz Əliyevin “Rusiyanın geosiyasi maraqları kontekstində Cənubi Qafqaz”, Ana Mariya Gimişin “Azərbaycan Şərqlə Qərb arasında” yazıları dərc olunnub.
“Geostrategiya” bölməsində səfir Paraskiva Badeskunun “Azərbaycan – Cənubi Qafqazda mühüm geostrateji oyunçu”, Fəxri Kərimlinin “Azərbaycanda hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi (1991-1993)”, Ştefan Corcesku və Marian Zidarunun “Qafqaz bölgəsində dövlətlərarası münaqişələr”, Romulus Hıldanın “Azərbaycan – dəniz gücü olmaq və dəniz güclərinin bu ölkədə təmsil olunması arasında”, Elman Nəsirovun “Beynəlxalq antiterror koalisiyası çərçivəsində Azərbaycan-ABŞ hərbi əməkdaşlığı” adlı tədqiqatları çap edilib.
Topluda həmçinin Azərbaycan, Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilər, İrəvan xanlığı, Azərbaycan Demokratik Respublikası, tarixi Azərbaycan dövlətləri, Xəzər dənizində neft və qaz yataqları, regional neft və qaz kəmər marşrutları və s. mövzularda tematik xəritələr yerləşdirilib.
“Geopolitica” toplusu nəinki Rumıniya, bütövlükdə regionda tanınmış nəşrdir. Toplunun Elmi Şurasında Rumıniya, Çin, Almaniya, ABŞ, İtaliya, Fransa, Makedoniya, İran, Yaponiya, Tunis və s. ölkələrdən olan 5 akademik, 44 professor təmsil olunub. “Geopolitica” toplusunun “Azərbaycan. Regional geopolitik oyunçu” mövzulu sayının ölkə kitabxanalarına və kitab mağazalarına göndərilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR