Bank Of Baku

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib

Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib
# 05 iyul 2011 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən 2011-2012-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və həmin ixtisas qrupu üzrə müəyyən edilmiş müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 70-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 8-dən avqustun 2-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak üçün namizədliyi qeydə alınmış şəxslər avqustun 3-də TQDK-da təşkil olunacaq müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı onların ingilis dili üzrə bilikləri yoxlanacaq. Bu mərhələni müvəffəqiyyətlə keçənlər isə təyin olunacaq vaxtda Litvanın Azərbaycandakı səfirliyində ingilis dili üzrə əlavə test imtahanı verəcəklər. Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR