Bank Of Baku

Vatikanın Apostol kitabxanasında tapılan qədim Azərbaycan əlyazmalarının bir hissəsi Bakıya gətirilib

Vatikanın  Apostol kitabxanasında tapılan qədim Azərbaycan əlyazmalarının bir hissəsi Bakıya gətirilib
# 05 iyul 2011 14:54 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərov bildirib. Onun sözlərinə görə, Vatikanın Apostol kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunub. Bunlar IX əsrdən XVIII əsrə qədər dövrü əhatə edən çox nadir əlyazmalardır. F. Ələkbərovun sözlərinə görə, Azərbaycana gətirilmək üçün sifariş verilən 40 əlyazmanın çoxunun CD variantı artıq ölkəyə gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Qalan əlyazmalar isə bir ay ərzində gətiriləcək: “Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər tanınmış Azərbaycan şairlərinin nadir əlyazmaları, eləcə də indiyədək Azərbaycanda məlum olmayan 9 orta əsr aliminin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var”.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində və kitabxanalarında Azərbaycana aid 600-dən çox qədim əlyazma, sənəd, məktub, fərman və gizli hesabat aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR