Bank Of Baku

Həkimlər pediatriya, fizioterapiya və tibbi bərpa ixtisasları üzrə biliklərini sınayacaqlar

Həkimlər pediatriya, fizioterapiya və tibbi bərpa ixtisasları üzrə biliklərini sınayacaqlar
# 05 iyul 2011 15:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sabah Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar pediatriya, fizioterapiya və tibbi bərpa ixtisasları üzrə olacaq.

Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prosesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR