Bank Of Baku

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
# 05 iyul 2011 16:51 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanın nəticələri iyulun saat 19:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməsi kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 32 870 abituriyentdən 1889 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 30 981 abituriyentdən 34 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən, 8981 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR