Bank Of Baku

Azərbaycanın Xəzərdə gəmilərin hərəkətinə nəzarət etmək məqsədilə qurduğu sistem iyulun sonunda istifadəyə veriləcək - EKSKLÜZİV

Azərbaycanın Xəzərdə gəmilərin hərəkətinə nəzarət etmək məqsədilə qurduğu sistem iyulun sonunda istifadəyə veriləcək - <font color=red>EKSKLÜZİV</font>
# 06 iyul 2011 06:36 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib.

Q. Qurbanovun sözlərinə görə, artıq sistemdə istifadə edilən avadanlıqlar qurulub. Sistem işə düşəndən sonra Azərbaycan peyk vasitəsilə həm Xəzər dənizi akvatoriyasındakı gəmilərin hərəkətinə nəzarət edə biləcək, həm də dünya okeanlarındakı Azərbaycan gəmiləri, onların hərəkətləri barədə məlumatları real vaxt rejimində əldə edəcək.

«Sistem Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin müvafiq sistemləri ilə əlaqəli işləyəcək. Biz buradan müvafiq qurumları mütəmadi olaraq informasiyalarla təchiz edəcəyik», deyən Q. Qurbanov Dənizə Məsafədən Nəzarət Sisteminin məlumatlarından bütün qurumlarının yararlana biləcəyini vurğulayıb.

Administrasiya rəisi bu məqsədlə ən son texnologiyalardan, ən müasir avadanlıqlardan istifadə olunduğunu bildirib.

Qeyd edək ki, Dənizə Məsafədən Nəzarət Sisteminin qurulmasında dünyanın tanınmış şirkətlərinin İsveçin SAAB, Danimarkanın PB-RADİCOM-APS, İspaniyanın "Kibernetika" və Rusiyanın "Geomatika" şirkətlərinin avadanlıqlarından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR