Bank Of Baku

Azərbaycanda hava yağmursuz keçəcək, bəzi yerlərdə 42 dərəcə isti olacaq

Azərbaycanda hava yağmursuz keçəcək, bəzi yerlərdə 42 dərəcə isti olacaq
# 06 iyul 2011 08:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

İyulun 8-də isə hava az buludlu, yağmursuz keçəcək, mülayim cənub-şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 34-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 7-də havanın əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq. Dağlarda gecə 12-17° isti, gündüz 26-31 dərəcə isti proqnozlaşdırılır.

İyulun 8-də də bölgələrdə hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək.
Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 28-33 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR