Bank Of Baku

Bakının Yasamal rayonunda su təchizatı məhdudlaşdırılıb

Bakının Yasamal rayonunda su təchizatı məhdudlaşdırılıb
# 06 iyul 2011 08:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərsu» ASC istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərinin Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli su xəttində baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar «Salyan kazarması» adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və İzmir prospektinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.

Qeyd edək ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR