Bank Of Baku

DSMF sədri: “Göstəricilərinin tutuşdurulması başa çatmayanların da pensiyaları artırılmış şəkildə veriləcək”

DSMF sədri: “Göstəricilərinin tutuşdurulması başa çatmayanların da pensiyaları artırılmış şəkildə veriləcək”
# 06 iyul 2011 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçıların mərkəzləşdirilmiş bazada olan məlumatlarının toplanması prosesini daha da sürətləndirib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, DSMF-nin bütün rayon şöbələrində bu işlə məşğul olan müfəttişlərin hamısı mərkəzi aparata dəvət olunurlar: «Həmin müfəttişlər mərkəzi aparatın bazasında olan bütün məlumatları özlərində olan məlumatlarla tutuşdurur. İlk növbədə bu prosesə Abşeron, Bakı və Sumqayıt şöbələrindən başlanılıb və atıq yekunlaşıb. Hazırda bu işləri digər rayon şöbələrinin müfəttişləri aparır».

S.Müslümov qeyd edib ki, bu ilin iyul ayın sonuna kimi pensiyaçıların 90%-nə dair məlumatların mərkəzi aparatın bazası ilə tutuşdurulması başa çatacaq: “Bütün hallarda hətta göstəricilərinin tutuşdurulması başa çatmayanların da pensiyaları mərkəzi bazada olan göstəricilər əsasında artırılmış şəkildə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR