Bank Of Baku

Gələn aydan Xəzərin Azərbaycan sektorundakı Səngi-Muğan və Nargin adalarında arxeoloji ekspedisiyalara başlanacaq

Gələn aydan Xəzərin Azərbaycan sektorundakı Səngi-Muğan və Nargin adalarında arxeoloji ekspedisiyalara başlanacaq
# 06 iyul 2011 12:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan sektorundakı adalarda kəşfiyyat xarakterli arxeoloji ekspedisiyalara gələn aydan başlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib. Onun sözlərinə görə, sualtı ekspedisiyalar üçün müvafiq avadanlıqlar olmadığından hələlik institut bunu eləmək imkanında deyil: “Lakin kəşfiyyat xarakterli ekspedisiyalar təşkil olunacaq. Bununla bağlı plan hazırlanıb, yaxın günlərdə smeta tutulacaq”.

İnstitutun Abşeron Arxeoloji Ekspedisiyasının rəisi İdris Əliyev isə APA-ya açıqlamasında deyib ki, Xəzərdə arxeoloji tədqiqat işləri ilk dəfə ötən əsrin 60-cı illərində aparılıb və 80-ci illərə qədər davam edib: “20 ildən çoxdur ki, Xəzərdə belə tədqiqatlar aparılmayıb. Xəzərdəki adalarda Azərbaycanın tarixi ilə bağlı çox proseslər baş verib. Əminəm ki, X
Xəzər Azərbaycan arxeologiyası üçün çoxlu tapıntılar verəcək”. İ. Əliyevin sözlərinə görə, Xəzərdə əsas tədqiqatlar Səngi-Muğan və Nargin adalarında aparılacaq: “Zirə yaxınlığında “Şəhri Gürgan” deyilən şəhər olub, XIII əsrdə su altında qalıb. XI-XII əsrlərə aid qədim Bayıl qəsrinin də bəzi yerlərdə su üzündə bürcləri görünür. Bilgəhdə də qədim liman olub. Bütün bunlarla bağlı araşdırmalar aparılacaq”.

Ekspedisiya rəhbəri deyib ki, kəşfiyyat işləri aparılarkən tarixi mənbələrə də istinad ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR