Bank Of Baku

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu pensiya islahatları üzrə elan etdiyi tenderin nəticələrini açıqlamağa hazırlaşır

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu pensiya islahatları üzrə elan etdiyi tenderin nəticələrini açıqlamağa hazırlaşır
# 06 iyul 2011 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkədə pensiya islahatları üzrə elan etdiyi tenderin nəticələrini yaxın günlərdə açıqlayacaq. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, iki ay əvvəl elan edilmiş tenderə dünyanın müxtəlif ölkələrindən 5-6 şirkət öz tender təkliflərini təqdim edib: «Tender təkliflərinə baxılıb və nəticədə iki şirkət digərlərinə nisbətən daha üstün mövqeyə malik olub. Nəticələrə görə, bu iki şirkətin balı 80-dən yuxarı olub. Bunlardan biri ABŞ şirkətidir ki, toplam balı 83,5 olub. Yaxın günlərdə qalib şirkət elan olunacaq və müvafiq xidmət müqaviləsi imzalanacaq».

S.Müslümov bildirib ki, tenderdə qalib gələcək şirkətin əsas işi Azərbaycanda mövcud pensiya-sığorta sisteminin vəziyyətini tam qiymətləndirilməkdən və bu sistemin gələcək 25-30 illik inkişafı üçün aktuari hesablamalar aparmaqla nəticələri ümumiləşdirib müvafiq təkliflərin hazırlanmasından ibarətdir.

S.Müslümov qeyd edib ki, bu ili sonu və 2012-ci il ərzində proses tam olaraq həyata keçirilməlidir: “Biz indiyədək öz gücümüz hesabına belə aktuar hesablamalar aparmışıq, amma müvafiq modellərə qoyulan komponentlərin sayı az olduğundan, özündə daha çox faktor əks etdirən detallaşdırılmış vahid model hazırlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR