Bank Of Baku

TQDK sədri: “Ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanında nizam-intizamı qorumaq daha çətin olacaq”

TQDK sədri: “Ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanında nizam-intizamı qorumaq daha çətin olacaq”
# 08 iyul 2011 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İyulun 10-da keçiriləcək ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanında oğlanların sayı üstünlük təşkil etdiyindən nizam-intizamı qorumaq daha çətin olacaq”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, III ixtisas qrupunun iyulun 3-də keçirilən imtahanı zamanı qızların sayı üstünlük təşkil etdiyindən imtahan qaydalarına daha çox əməl olunub: “Qızlar qayda-qanunlara daha çox əməl edirlər, oğlanlar isə bir az şuluqdurlar. Bir daha xatırladıram ki, imtahana telefon, hər hansı bir qurğu və əlavə materiallar gətirmək olmaz. Belə hallar imtahana buraxılış prosesini daha da çətinləşdirir. Kim bizi aldatmaq istəsə, onların bu istəyi baş tutmayacaq. İmtahana girən abituriyentlər yalnız öz güclərinə inanmalıdırlar”.

TQDK sədri deyib ki, I ixtisas qrupunda iştirak edəcək abituriyentlərin 2000 nəfəri hələ də “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib. Bu il I ixtisas qrupu üzrə sənəd verən 200 məzun isə attestat ala bilməməsi səbəbindən imtahanda iştirak edə bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR