Bank Of Baku

Bakıda “Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 08 iyul 2011 11:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, konfrans Fransa Beynəlxalq Münasibətlərin İnkişafı və Əlaqələndirilməsi Agentliyi ilə birgə təşkil edilib: “Konfransın məqsədi Azərbaycanda əlil insanlarla bağlı həyata keçirilən siyasət və onun icrası istiqamətində görülən işlərin, beynəlxalq konvensiyalardan, o cümlədən BMT-nin “Əlillərin hüquqları haqqında” konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi və Azərbaycanda əlillərin tibbi-sosial reabilitasiyası sahəsində vəziyyətin təhlil edilərək qiymətləndirilməsidir”.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Qabriel Keller bildirib ki, Fransada əlillərin şəxsi həyatları ilə bağlı müəyyən irəliləyişlər əldə edilib, amma hələ də müəyyən çatışmazlıqlar var. Azərbaycanla əməkdaşlığın əhəmiyyətindən danışan səfir qarşılıqlı əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətli olacağını vurğulayıb.

Konfransda Azərbaycan və Avropada fiziki cəhətdən qüsurlu insanlarla bağlı son tendensiyalar, əlillərin cəmiyyətə sosial inteqrasiyası və sair mövzularda məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR