Bank Of Baku

Azad İstehlakçılar Birliyi əhalini köməyə çağırır

Azad İstehlakçılar Birliyi əhalini köməyə çağırır
# 08 iyul 2011 11:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Son illər görülən tədbirlər nəticəsində Azərbaycanda yodlu duzdan istifadə 25%-dən 85%-ə yüksəlib. «APA-Economics»in məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov duz bazarında aparılan monitorinqlərin nəticələrinə əsasən məlumat verib.

Bununla yanaşı, onun sözlərinə görə, ölkədə yodsuz duzdan istifadə hələ də kifayət qədərdir: «Ölkədə yodsuz duzun, hətta heyvanlara verilməsi məqsədilə satışı, idxalı qadağan olunsa da, bu gün tam yodlaşdırılmış duzlarla bərabər yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablara qablaşdırılmış duzların satışı davam edir».

AİB rəhbəri bildirib ki, Bakı şəhərində və respublika ərazisində çörəkbişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən təhlükəli duzlardan istifadə olunur və bu, səhiyyə işçiləri, bələdiyyələr, dövlət orqanlarının nümayəndələrinin gözü qarşısında baş verir.

Bir ay müddətində bazarın, duzdan istifadə edərək mal istehsal edən (əsasən çörəkbişirmə) sexlərin istifadə etdiyi duzlara dair araşdırma aparan AİB yodsuz duzdan istifadə edən çörəkbişirmə sexləri və belə duzu satan ticarət obyektlərinin siyahısını açıqlayıb.

AİB-in regional şöbələrindən verilən məlumatlara görə, Masazır duz gölü yaxınlığında yerləşən duz gölündən hər gün yığılan 150 ton duz respublikanın hər yerinə, o cümlədən Şəmkir ərazisində yerləşən qeyri-qanuni sexə daşınır, qablaşdırılır, yod vurulmadan əhaliyə satılır.

Eyni zamanda AİB dövlət orqanlarını bu problemə lazımi diqqət göstərməməkdə günahlandırır. Birlik əhalini, bələdiyyələri, yol polis xidmətini və biznes qurumlarını bu qeyri-qanuni əməllərə son qoyulması üçün köməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR