Bank Of Baku

Bakıda “Mikrobiologiya və ekologiya: inteqrasiya yolları, problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Mikrobiologiya və ekologiya: inteqrasiya yolları, problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 08 iyul 2011 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu, Gürcüstan Mikrobiologiya Cəmiyyəti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin təşkilati dəstəyi ilə “Mikrobiologiya və ekologiya: inteqrasiya yolları, problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfransda çıxış edən Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanov bildirib ki, iki günlük konfransın keçirilməsində əsas məqsəd təcrübə mübadiləsi aparmaq və mikrobiologiyanın inkişafındakı son yeniliklərlə tanış olmaqdır. İnstitutun elmi işlər üzrə direktor müavini Pənah Muradov isə deyib ki, hazırda Azərbaycanda tətbiqi mikrobiologiyanın daha çox üç istiqaməti üzrə tədqiqatlar aparılır: “Ölkənin suları, torpaq və meşə ehtiyatlarının mikrobioloji vəziyyəti müasir tədqiqat metodlarına uyğun qiymətləndirilir. Əsas problemlərdən biri odur ki, Azərbaycanın sularının 70 faizi transsərhəd sularıdır, yəni başlanğıcını digər ölkələrdən götürür. Buna görə də Azərbaycanın su hövzələrinin çirklənmə dərəcəsi nisbətən yüksəkdir. Bu səbəbdən müntəzəm monitorinqlər aparılmalı, hər hansı ekstremal hal yarandıqda dərhal tədbir görülməlidir. Son zamanlar bu çirklənmə bəlasına başqa bir təbii proses də əlavə olunub. Kür çayının səviyyəsi qalxdıqca sahildə olan çirkləri də yuyur, bu da bir tərəfdən çirklənmənin dərəcəsini artırır. Amma su ən çirkli Azərbaycana daxil olanda olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR