Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərinin I-IV və V-XI sinifləri üçün tədris planları təsdiq edilib

Azərbaycanın ümumtəhsil məktəblərinin I-IV və V-XI sinifləri üçün tədris planları təsdiq edilib
# 08 iyul 2011 13:27 (UTC +04:00)
APA-nın məlumatına görə, əmrə əsasən, 2011-2012-ci dərs ili üçün təlimi Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin V-XI siniflərinin tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilib. Tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılması üçün göstəriş verilib.
Nazirin digər əmri isə, ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün fənn kurikulumlarının və tədris planlarının tətbiqi ilə əlaqədardır. Əmrə əsasən, təlimi Azərbaycan, rus, gürcü dillərində olan və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV siniflərinin 2011-2012-ci dərs ili üçün tədris planları və tədris planlarına dair qeydlər və tədris planlarına dair qeydlər təsdiq edilib.
M. Mərdanov şəhər və rayonların müvafiq ümumi təhsil müəssisələrindəki xüsusi lisey siniflərinin 2011-2012-ci dərs ili üçün tədris planı və tədris planına dair qeydlərin təsdiqi ilə bağlı da əmr imzalayıb. Əmrdə kənd rayonları üzrə ümumi təhsil şöbəsinə tədris planının vaxtında yerlərə çatdırılmasının təmin edilməsi haqda göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR