Bank Of Baku

Azərbaycanda tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələr müəyyənləşdirilib

Azərbaycanda tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələr müəyyənləşdirilib
# 08 iyul 2011 13:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Azərbaycanda tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrinin müəyyənləşdirilməsi və həmin müəssisələr üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. APA-nın məlumatına görə, əmrə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili üçün Təhsil Nazirliyi nəzdindəki Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü liseyi, "Elitar" gimnaziyası, Akademik Zərifə Əliyeva adına məktəb və 6 nömrəli məktəb-lisey pilot müəssisələri kimi müəyyən olunub. Həmin müəssisələrin X sinifləri üçün müxtəlif təmayüllər üzrə tədris planları və tədris planlarına dair "Qeydlər" təsdiq edilib.
Əmrdə qeyd edilib ki, həmin pilot təhsil müəssisələrinin direktorları ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini və şagirdlərin meyl və maraqlarını əsas tutmaqla təmayüllü X siniflərin komplektləşdirilməsini, habelə bu siniflərdə dərs deyəcək müəllimlərin seçimini iyul ayı ərzində başa çatdırsınlar. Həmin siniflərə başqa məktəblər müəyyən edilmiş təmayüllər üzrə istedadlı şagirdlərin müsabiqə əsasında qəbulu ilə bağlı KİV-də elanlar verə və digər müvafiq təşkilati tədbirləri həyata keçirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR