Bank Of Baku

Misir Mərdanov Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Misir Mərdanov Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 08 iyul 2011 15:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ) Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Aİ-nin Avropa İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, “Aİ qonşuluğu forumu”nun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-iqtisadi inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa iştirak ediblər.

M. Mərdanov qonaqlara təhsil sahəsində aparılan islahatlar, təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və qəbul edilən proqramlar haqqında danışıb. Nazir təhsildə İKT-nin tətbiqi, müəllim hazırlığı və bu çərçivədə qeyri hökumət təşkilatları ilə əməkdaşlıq, müəllimlərin işə qəbulu, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr haqqında da məlumat verib.

M. Opra görüşdə “Qardaşlaşma”, “Şərq Qonşuluq Tərəfdaşlığı” layihələri çərçivəsində Aİ-nin insanların peşə yönümlülüyünün dəyişdirilməsi, ölkələrin nazirlikləri nəzdində fəaliyyət göstərən Müəllimlərin Peşəkarlığının Artırılması Mərkəzləri üçün tenderlər elan olunduğunu və Azərbaycanın da bu tenderdən istifadə edə biləcəyini qeyd edib. O, şagirdlərin kompüter biliklərinin artırılmasında diqqəti təkcə kompüterdən istifadəyə deyil, onların özlərini proqram hazırlamasına, təmiz enerji istifadəsinə yönəltməyin vacib olduğunu deyib. M. Opra Aİ üzvlərinin Azərbaycanın təhsili, mədəniyyəti, tarixi və sair haqqında məlumatlandırılması məqsədilə Avropa İttifaqında təhsil sərgiləri, tədbirlərin təşkil olunmasını məqsədəuyğun hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR