Bank Of Baku

Azərbaycan və Belarus arasında ali məktəb diplomlarının qarşılıqlı tanınması haqqında saziş imzalanıb

Azərbaycan və Belarus arasında ali məktəb diplomlarının qarşılıqlı tanınması haqqında saziş imzalanıb
# 08 iyul 2011 15:51 (UTC +04:00)
APA-Economics”in “AzərTAc”a istinadən xəbərinə görə, əvvəlcə baş nazirlərin təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən A.Rasizadə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin güclənməsindən, birgə layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Azərbaycanda müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirildiyini deyən A.Rasizadə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişaf etdirilməsinin ölkəmizdə həyata keçirilən siyasətin əsas məqsədi olduğunu diqqətə çatdırıb. Baş nazir bu sahədə Azərbaycan və Belarus arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub, ölkələrimiz arasında əməkdaşlığın inkişafında birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirib.

Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Belarusun baş naziri Mixail Myasnikoviç bildirib ki, səfər çərçivəsində ticarət və iqtisadiyyat, eləcə də investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. M.Myasnikoviç Belarus və Azərbaycan arasında əməkdaşlığın inkişafına göstərdiyi diqqətə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında Saziş” və “2011-2012-ci illər üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Belarus Respublikası Xarici İşlər Nazirliyi arasında tematik məsləhətləşmələr Planı” imzalanıb. Sənədləri Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini İqor Petrişenko imzalayıblar.

Bununla da M.Myasnikoviçin Azərbaycana səfəri başa çatıb. Hava limanında qonağı baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər yola salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR