Bank Of Baku

Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
# 09 iyul 2011 07:29 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılır və mühafizəyə götürülür.

I ixtisas qrupunun imtahanları sabah respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq. Bakıda 24 152, Naxçıvanda 1327, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq və 3 saat davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR