Bank Of Baku

Azərbaycanda Cənubi Qafqazda və Moldovada media azadlığı və peşəkarlıqla bağlı seminar keçirilir

Azərbaycanda Cənubi Qafqazda və Moldovada media azadlığı və peşəkarlıqla bağlı seminar keçirilir
# 09 iyul 2011 11:42 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Qubada Azərbaycan Mətbuat Şurasının Avropa Şurası və Avropa İttifaqının «Cənubi Qafqazda və Moldovada media azadlığı, peşəkarlığı və plyuralizminə yardım» layihəsi çərçivəsində 2 günlük seminar işə başlayıb.

APA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, İTV Yayım Şurasının üzvü Cahangir Məmmədli, Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov, Azərbaycanın Daxili İşlər, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Təhsil nazirlikləri, Qaçqın və Məcburi Köçkünlərlə İş Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, Dövlət Sosial Müdafiə Fondu, «Azərsun» holdinqinin mətbuat xidmətlərinin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan dövlət orqanlarının mətbuat sözçüləri iştirak edirlər.

Seminarda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, təlimin əsas məqsədi rəsmi qurumlarla media mənsublarının əməkdaşlığının inkişafına nail olmaqdır. İki gün davam edəcək təlimdə hollandiyalı ekspertlər - Devid van der Huoven və Fred Gijbels iştirakçılara «İctimai informasiya rəsmilərinin rolu və mövqeyi», «Media və vətəndaşlarla interaktiv ünsiyyət», «Hökumət informasiyasına açıq çatım və onun nəticələri», «İnformasiyaya açıq çatımın bəzi hüquqi aspektləri», «Böhran vəziyyətlərində necə işləməli» mövzuları ətrafında məlumatlar verəcəklər. Seminar çərçivəsində iştirakçılara Mətbuat Şurası tərəfindən hazırlanmış «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR