Bank Of Baku

Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 09 iyul 2011 12:23 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qanköçürmə şöbəsində «Qan ver, yaşat» devizi altında qanvermə aksiyası keçirilib.

Respublika Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu xeyriyyə tədbirində 500-ə yaxın rayon sakini könüllü iştirak edib. Tədarük olunan qan laboratoriyada müayinədən keçirilərək Respublika Qan Bankına təhvil veriləcək və daha sonra hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR